Qəfəsdən qaçan pələng yoxa çıxıb

16:09 16 Yanvar 2023

Cənubi Afrikanın Yohannesburq şəhərində qəfəsdən qaçdıqdan sonra insana və itə hücum edən pələngin axtarışları davam edir.
Sitat.info xəbər verir ki, bölgə  polisinin sözçüsü polkovnik Dimakatso Sellonun verdiyi açıqlamada, Yohannesburqun cənubundakı Walkerville rayonunda qəfəsdən qaçan pələng 39 yaşlı kişi və itə hücum edib.

Pələngin hücumuna məruz qalan şəxs yaralanıb. Hadisədən sonra yoxa çıxan pələngin axtarışları davam edir.

Rəsmilər sakinləri mümkün pələng hücumlarına qarşı diqqətli olmağa çağırıb.

Səid,

Sitat.info



Xəbər xətti