Kremlin sözçüsü Peskov Ukraynanın Dnepr şəhərində mənzilə hücumla bağlı ittihamları rədd edərək, "Rusiya ordusu yaşayış binalarına və sosial infrastruktur obyektlərinə hücum etmir. Ukrayna tərəfinin bəzi nümayəndələrinin faciə ilə bağlı verdiyi şərhləri də gördünüz. Hava hücumundan müdafiə sistemi səbəb olub” - dedi.
Sitat.info xəbər verir ki, paytaxt Moskvada jurnalistlərə açıqlama verən Peskov Dneprdə mənzilə raket hücumu və Ukraynaya mümkün yeni tankların göndərilməsi ilə bağlı qiymətləndirmələr edib.
Rusiyanın mülki binalara hücum etmədiyini deyən Peskov deyib ki, Rusiya ordusu yaşayış binalarına və sosial infrastruktur obyektlərinə hücum etmir: "Ukrayna tərəfinin bəzi nümayəndələri hadisənin hava hücumundan müdafiə sistemindən qaynaqlandığına dair çıxardığı qənaətləri də gördünüz".
Böyük Britaniyanın "Challenger 2" tanklarını Ukraynaya göndərmək planlarına reaksiya verən Peskov əlavə edib ki, Kreml buna mənfi hal kimi yanaşır: "Biz buna çox mənfi yanaşırıq. Böyük Britaniya və digər Avropa ölkələrinin Ukraynaya yeni daha təkmil hərbi texnika vermək niyyəti qurudakı vəziyyəti dəyişmir".
Nərgiz,
Sitat.info