İsveçdə bir qrup PKK tərəfdarı prezident Rəcəb Tayyib Ərdoğanı hədəfə alıb. Türkiyə qalmaqallı görüntülərə reaksiya verdikdən sonra, İsveçdə qalmaqallı olayla bağlı qərar verilib.
İsveçin paytaxtı Stokholmda prezident Ərdoğanı hədəf alan terror təşkilatı PKK tərəfdarlarının Ankara ilə Stokholm arasında gərginliyi artıran təxribatının əks-sədaları davam edir.
Sitat.info xarici mediaya istinadən xəbər verir ki, daha bir qalmaqallı addım NATO-ya üzv olmaq üçün Türkiyənin təsdiqini gözləyən İsveçdən gəldi.
Stokholmda fəaliyyət göstərən gündəlik qəzet Aftonbladet "Son dəqiqə" başlığı ilə PKK-nın Ərdoğanı təhqir etməsi ilə bağlı İsveç baş prokurorluğun qərarını açıqlayıb.
Sözügedən xəbərə görə, Stokholm Şəhər Prokurorluğundan prokuror Lukas Eriksson Stokholm meriyasının qarşısında baş verən hadisənin cinayət tərkibi olmadığına qərar verib. Qəzet qərarın qəti olduğunu və dosyenin bağlandığını açıqlayıb.
Eyni xəbərdə prokurorun işə böhtan kimi baxdığı, ekspertizalardan sonra isə "təhqir üçün hadisənin yetərli olmadığı" qənaətinə gəldiyi bildirilib. Eriksson, "Dosya mənim masama təhqir olaraq gəldi, amma bunun təhqir olacaq qədər ciddi bir şey olduğunu düşünmədim" -deyə bildirib.
Prokuror iddianı bağladığını vurğulayaraq deyib ki, əlavə baxış tələb oluna bilər, sonra başqa prokuror bu işə baxa bilər.
Rusiyanın Ukraynaya hücumundan sonra hərəkətə keçən İsveç və Finlandiya may ayında NATO-ya rəsmi müraciət edib.
İsveçin baş naziri Kristersson isə hadisəni qiymətləndirərkən deyib ki, bu, ölkəsinin NATO-ya üzvlük müraciətinə qarşı təxribat olaraq hazırlanıb.
Məğrur,
Sitat.info