İtaliyada məşhur mafiya lideri 30 il sonra tutuldu - FOTO

18:16 16 Yanvar 2023

Mafiya lideri Matteo Messina Denaro 30 il sonra  İtaliyada həbs edilib.
Uzun illərdir İtaliyada axtarışda olan mütəşəkkil cinayətkar təşkilatın rəhbəri Matteo Messina Denaro bu gün səhər saatlarında Palermo şəhərində İtaliya təhlükəsizlik qüvvələri tərəfindən yaxalanıb. 

Sitat.info xəbər verir ki, gələn açıqlamalarda Palermo Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində jandarma qruplarının qaçaq Matteo Messina Denaronu müalicə aldığı klinikada saxladığı deyilir.  Törətdiyi və qızışdırdığı qətllərə görə ömürlük həbs cəzası alan 60 yaşlı Denaro saxlanıldıqdan sonra gizli yerə aparılıb. Ölkənin cənubundakı Siciliya adasında fəaliyyət göstərən "Cosa Nostra" mafioz qrupunun böyük başçısı kimi tanınan və ən çox axtarılanlar siyahısında olan Denaronun həbsi İtaliyada böyük əks-səda yaradıb. 

Denaro mafiyaya qarşı mübarizəsi ilə ölkədə simvola çevrilən, lakin 1992-ci ildə mafiyanın hədəfindən qaça bilməyən məşhur hakimlər Giovanni Falcone və Paolo Borsellinonun sui-qəsdləri ilə yanaşı çoxsaylı qətllərdə də rol oynayıb. 1993-cü ildə Milanda, Florensiyada və Romada da mafiya rəhbəri olub. Onun 1993-cü ildə bombalı hücumlardan məsul olduğu mətbuatda çıxan xəbərlər arasında idi.

1993-cü ilin yayında həbsxanadan qaçan Denaro, Cosa Nostra-nın bədnam mafiya lideri Salvatore (Toto) Riinadan sonra bu qrupa rəhbərlik edəcək ən vacib şəxs kimi tanınırdı.

Baş nazir Meloni Denaronun tutulmasını "qələbə" kimi şərh edib.
İtaliya prezidenti Serjio Mattarellanın daxili işlər naziri Matteo Piantedosini və polisləri Denaronun ələ keçirilməsi münasibətilə təbrik etdiyi bildirilir.

Baş nazir Corcia Meloni, mafiya lideri Denaronun tutulması ilə bağlı verdiyi   açıqlamada, "Dövlətin mafiya qarşısında təslim olmadığını göstərən böyük bir qələbə"- deyə bəhs edib. 

Meloni bildirib ki, Denaro başqa bir məşhur mafiya lideri Salvatore (Toto) Riinanın tutulmasının ildönümü ərəfəsində tutularaq məhkəmə qarşısına çıxarılıb. O, bəyan edib ki, hökuməti mafiyaya qarşı mübarizəni fasiləsiz davam etdirəcək.

 İtaliya mətbuatı da "Atalar atası" olaraq xarakterizə etdiyi Denaronun ələ keçirilməsini "son dəqiqə" hadisəsi olaraq açıqlayıb.

 Nərgiz,

Sitat.info



Xəbər xətti