Türkiyə prezidenti Ərdoğan və Rusiya prezidenti Putin Rusiya taxılının Türkiyədə una çevrilməsi və Afrika ölkələrinə göndərilməsi üçün konkret addımları müzakirə ediblər.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Sitat.info xəbər verir ki, görüşdə Rusiya ilə Ukrayna arasındakı müharibədəki yeniliklər müzakirə edilib.
Görüşdə taxıl dəhlizi və ammonyak ixracı məsələləri də müzakirə edilib, Rusiya taxılının Türkiyədə una çevrilməsi və ehtiyacı olan Afrika ölkələrinə göndərilməsi layihəsində konkret addımlardan danışılıb. Görüş zamanı Ərdoğan Türkiyənin Rusiya ilə Ukrayna arasında davamlı sülhün bərqərar olması istiqamətində yardım və vasitəçiliyi üzərinə götürməyə hazır olduğunu bir daha vurğulayıb.
Seymur,
Sitat.info