Salyan rayonunda magistral yolun üzərində uzanan şəxsi avtomobil vuraraq öldürüb.
Sitat.info xəbər verir ki, hadisə Ələt-Astara yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, 1984-cü il təvəllüdlü Yaşar Ramiz oğlu Novruzov yola çıxaraq avtomobillərin hərəkət zolağında yerə uzanıb. Həmin vaxt naməlum avtomobil Y.Novruzovun üzərindən keçərək onu öldürüb.
Hadisə baş verən zaman Y.Novruzovun sərxoş vəziyyətdə olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.