Aleksey Arestoviç istefa verdi: "Səhvə yol vermişəm" Foto

13:36 17 Yanvar 2023

Ukrayna Prezidentinin Ofisinin müşaviri Aleksey Arestoviç istefa verib.

Sitat.info Ukrayna mediasına istinadən xəbər verir ki, Arestoviç bu barədə öz feysbuk hesabında məlumat yayıb.

“İstefa ərizəsi yazmışam. Sivil davranış nümunəsi göstərmək istəyirəm: psinsipial səhvə yol vermişəm və buna uyğun olaraq istefa verirəm”, - deyə Arestoviç qeyd edib. 

İstefa səbəbinə gəlincə, xatırladaq ki, Arestoviç yanvarın 14-ü Dnepr şəhərində 9 mərtəbəli yaşayış binasına Rusiya ordusu tərəfindən raket zərbəsinin endirilməsi ilə bağlı yanlış məlumat verdiyi üçün tənqid olunub. Belə ki, hadisədən sonra Arestoviç bildirib ki, Ukraynanın hava hücumundan müdafiə vasitələri Rusiya tərəfinin atdığı raketi vurub və bundan sonra raket Dneprdə binaya düşüb. Bunun ardınca, Rusiya mediası Dneprdə baş verən hadisəyə görə məhz Ukraynanı günahlandırıb. Ukrayna Silahlı Qüvvələri isə Arestoviçin açıqlamasını təkzib edərək bildirib ki, ukraynalı hərbçilər həmin növ raketləri zərərsizləşdirmək üçün vasitələrə sahib deyillər. 

Seymur,

Sitat.info



Xəbər xətti