Türkiyədə hərbçilər qəzaya uğrayıb, ölən və yaralananlar var

11:12 4 Mart 2022

Türkiyədə hərbçiləri daşıyan avtomobil qəzaya uğrayıb, ölən və xəsarət alanlar var.

Türkiyə mediasının xəbərinə görə, hadisə Tokat-Niksar magistral yolunda qeydə alınıb.

Qəzaya səbəb yolun buz bağlaması olub. Belə ki, sürücü idarəetməni itirib, avtomobil yol kənarındakı betona çırpılıb.

Qəza nəticəsində, 1 hərbi qulluqçu ölüb, 3 nəfər isə yaralanıb. (APA)



Xəbər xətti