Yeni fövqəladə hallar naziri kimdir?

16:09 17 Yanvar 2023

Xəbər verdiyimiz kimi, polkovnik Şahin Mirzəyev Naxçıvan Muxtar Respublikasına yeni fövqəladə hallar naziri təyin edilib.

Sitat.info xəbər verir ki, Şahin Mirzəyev 1968-ci ildə Naxçıvanda anadan olub. Ali təhsilini Azərbaycan Texniki Universitetində alıb.

O, daha əvvəl Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinin rəis vəzifəsini icra edib. Həmçinin o, Tufandağda itkin düşmüş alpinistlərin axtarışlarında iştirak edib.

Ailəlidir, 2 övladı var"./Axar.az



Xəbər xətti