Rusiya prezidenti Vladimir Putin, Rusiya iqtisadiyyatının 2022-ci ildəki proqnozlardan daha yaxşı performans göstərdiyini ifadə edərək, “2022-ci ildən etibarən daralmanın 2,5 faiz səviyyəsində reallaşmayacağını gözləyirik” dedi.
Sitat.info xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin paytaxt Moskvada hökumət rəsmiləri ilə keçirdiyi görüşdə sanksiyalara baxmayaraq Rusiyanın neft hasilatının keçən il 2 faiz artaraq 535 milyon tona çatdığını bildirib.
O, təbii qaz hasilatının 11,8 faiz azaldığını açıqlayıb: "Bildiyiniz kimi, Qərb ölkələrinin fəaliyyətləri sayəsində qlobal qaz qiymətləri əhəmiyyətli dərəcədə artıb və bunun nəticəsində Rusiya qaz istehsalçıları və ixracatçıları son iki ildə yaxşı qazanc əldə ediblər".
Rusiyanın büdcə kəsirinin 2022-ci ilə qədər 3,3 trilyon rubl (təxminən 48 milyard dollar) və Ümumi Daxili Məhsulun (ÜDM) 2,3 faizini təşkil etdiyinə diqqət çəkən Putin belə bir büdcə kəsirinin dövlətlər arasında ən yaxşı göstəricilərdən biri olduğunu açıqlayıb. Rusiya iqtisadiyyatının 2022-ci ili gözləntilərin əksinə daha müsbət bir şəkildə tamamladığını ifadə edən Putin, “Rusiya İqtisadi İnkişaf Nazirliyinin rəqəmlərinə görə, keçən ilin yanvar-noyabr dövründə iqtisadiyyat cəmi 2,1 faiz kiçildi. Xaricilərlə yanaşı, hətta bizim bəzi ekspertlər də iqtisadiyyatda 10, hətta 20 faiz daralma gözləyirdilər. Ümumilikdə 2022-ci ilə qədər daralmanın 2,5 faiz səviyyəsində olacağını gözləyirik”-deyə qeyd edib.
Bəzi bölgələrdə və sektorlarda işsizlik probleminin davam etdiyini vurğulayan Putin deyib ki, məşğulluğu və real əmək haqqı artımını stimullaşdırmaq lazımdır.
Nərgiz,
Sitat.info