Putin şirkətlərə icazə verdi: Qərb səhmdarlarına məhəl qoymayın!

17:29 17 Yanvar 2023

Rusiya prezidenti Vladimir Putinin imzaladığı fərmanla Rusiya şirkətlərinə Qərb səhmdarlarının səslərinə məhəl qoymamaq icazəsi verilib.

Sitat.info xəbər verir ki, Rusiya prezidenti Vladimir Putinin imzaladığı fərmanla Rusiyaya qarşı sanksiya tətbiq edən və “dost olmayan”  Qərb ölkələrinin tərəfdaşı olan iri Rusiya şirkətləri artıq müstəqil şəkildə qərar qəbul edə biləcək.

Müvafiq olaraq, energetika, mühəndislik və ticarət sahəsində fəaliyyət göstərən Rusiya şirkətlərinin rəhbər heyətində Qərb səhmdarlarının və ya dost olmayan ölkələrin vətəndaşlarının səslərini nəzərə almamaq hüququ var.

Rusiyanın İnterfaks xəbər agentliyinin 12 yanvar tarixli xəbərində xarici tərəfdaşları olan Rusiya şirkətlərinin korporativ qərarlar verməkdə çətinlik çəkdiyi və bu mövzuda Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının təşəbbüs göstərdiyi bildirilmişdi. 

Sanksiyalara görə bir çox Qərb şirkətləri Rusiyadakı fəaliyyətlərini dayandırmaq qərarına gəliblər.

Nərgiz,

Sitat.info

 



Xəbər xətti