Rusiyanın mövqeyi 2022-ci ilin fevralında Ukraynaya işğala başladığı zamanla müqayisədə aşağı düşüb.
Sitat.info xəbər verir ki, Rusiyanın Ukraynaya təcavüzü Moskvanın qlobal reputasiyasına xələl gətirdi və əksər ölkələr Ukraynaya müsbət münasibət bəsləyirlər.
Bunu Morning Consult qlobal monitorinq sorğusunun nəticələri sübut edir. Nümunəyə daxil olan bütün ölkələrdə Rusiyanın mövqeyi 2022-ci ilin fevralında Ukraynaya işğala başladığı zaman aşağı düşüb.
Qeyd olunur ki, Rusiyaya rəğbət, bir qayda olaraq, “qlobal cənubun” Braziliya və Meksika kimi ölkələrində böyük Avropa ölkələri, ABŞ və Yaponiya ilə müqayisədə daha yüksəkdir. Meksika hazırda nümunədə Rusiya üçün xalis müsbət reytinqə malik olan yeganə ölkədir .
Seymur Bənnayev,
Sitat.info