Edam cəzası alan məhkum yemək yeyərkən boğuldu

18:18 17 Yanvar 2023

Yaponiyada iki nəfəri boğduğu üçün ölüm cəzasına məhkum edilən cinayətkar yemək yeyərkən boğularaq ölüb. Məhkəmə sənədlərinə görə, Miyuki Ueta 2009-cu ildə hər iki qurbanını narkotik maddə içdikdən sonra boğaraq öldürüb.
 Sitat.info xəbər verir ki, Yaponiya Ədliyyə Nazirliyi Miyuki Uetanın şənbə günü kamerasında yemək yeyərkən boğulmağa başladığını və həbsxana rəsmilərinin müdaxiləsinə baxmayaraq huşunu itirdiyini açıqlayıb.

Xirosima həbsxanasından xəstəxanaya yerləşdirilən qadının təxminən 3 saat sonra boğularaq öldüyü təsdiqlənib. 

2009-cu ildə borclu olduğu iki nəfəri öldürməkdə təqsirli bilinən Ueta 9 il əvvəl edam cəzasına məhkum edilib. Ueta qərardan apellyasiya şikayəti versə də, 2017-ci ildə ölüm hökmü qüvvədə qaldı.

Məğrur,

Sitat.info



Xəbər xətti