Hindistanın baş naziri rəsmi tərcüməçisi Nilakşi Saha Sinha Hindistanın Ermənistana yeni səfiri təyin edilib.
Sitat.info xəbər verir ki, Nilakşi Saha Sinha hind, ingilis, benqal və fransız dillərini mükəmməl bilir. Onun 15 dil bildiyi və 14 xaricə səfərdə baş naziri müşayiət etdiyi qeyd edilir.
O, hazırda Xarici İşlər Nazirliyinin katibinin müavini vəzifəsini tutur.
"Xanım Nilakşi Saha Sinha Hindistanın Ermənistan Respublikasına növbəti səfiri təyin edilib", - Xarici İşlər Nazirliyinin rəsmi bəyanatında deyilir. Saxanın tezliklə öz vəzifəsinin icrasına başlayacağı gözlənilir.
Səid İsaoğlu,
Sitat.info