Sentyabr döyüşlərində sərhədçilərimiz 18 erməni postunu məhv edib

10:33 18 Yanvar 2023

2022-ci ilin sentyabr döyüşlərində Azərbaycan sərhədçiləri 18 düşmən postunu məhv edib.

"Sitat.info" xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin 2022-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsində bildirilib.

Məlumata görə, 12-13 sentyabr tarixlərində dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində bölmələrimiz tərəfindən Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribatları zamanı çoxsaylı itkilər verən düşmən qüvvələri geri çəkilməyə məcbur edilib.

Düşmənin 2 ədəd S-300 divizionu, 1 ədəd S-125 ZRK buraxıcı qurğusu, 1 ədəd S-125 ZRK-nın atəş tuşlama stansiyası, 1 ədəd P-18 tipli radiolokasiya stansiyası, 2 ədəd "Jitel" radioelektron mübarizə sistemi, 18 ədəd düşmən postu, çoxsaylı canlı qüvvəsi məhv edilib./Qafqazinfo

 



Xəbər xətti