Çex Respublikasında fövqəladə vəziyyət rejimi tətbiq edilir.
Yerli hökumət orqanları bunu bir ay müddətinə tətbiq etmək qərarına gəlib, lakin ehtiyac olarsa, müddət uzadıla bilər.
Bu barədə ölkənin Baş naziri Petr Fiala brifinqdə jurnalistlərə bildirib:
“Ukraynadan 30 minə yaxın qaçqın artıq Çex Respublikasına gəlib. Onların ölkəmizdə yerləşdirilməsini daha səmərəli təşkil etmək üçün hökumət martın 4-dən, cümə günündən fövqəladə vəziyyət elan edir"