Rusiya Donbassda 2014-cü ildən davam edən müharibəyə son qoymaq istəyir - Putin

15:50 18 Yanvar 2023

Donbassda 2014-cü ildən bəri tammiqyaslı döyüş əməliyyatları dayanmır və Rusiya Federasiyasının bütün hərəkətləri, o cümlədən xüsusi əməliyyat bu müharibəni bitirməyə yönəlib.
Sitat/info TASS-a istinadən xəbər verir ki, bu barədə çərşənbə günü Rusiya lideri Vladimir Putin Böyük Vətən Müharibəsi veteranları və o zaman mühasirədə olan Leninqrad sakinləri ilə görüşündə bildirib.

"Əslində, 2014-cü ildən Donbassda tammiqyaslı döyüşlər dayanmayıb - ağır texnika, artilleriya, tank və aviasiyadan istifadə etməklə döyüşlər davam edib".

Prezidentin sözlərinə görə, Rusiyanın hazırda etdiyi hər şey, o cümlədən xüsusi əməliyyat müharibəni bitirmək cəhdidir. "Bizim əməliyyatımızın məqsədi budur., əsas da bu ərazilərdə yaşayan insanları qorumaqdır".

Rusiya lideri qeyd edib ki, bu torpaqlar SSRİ-nin dağılmasından sonra Ukraynaya verilmiş Rusiyanın tarixi əraziləridir. “Rusiya bu hadisə ilə barışıb, baxmayaraq ki, bu, bizim tarixi ərazilərimizdir".

Buna baxmayaraq, prezident qeyd edib ki, Moskva orada baş verənlərə reaksiya verməyə bilməzdi.

Nərgiz,

Sitat.info



Xəbər xətti