İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda (ÜİF) liderlərin çıxışları maraqlı açıqlamalarla yadda qalıb.
Sitat.info xəbər verir ki, Almaniya kansleri Olaf Şolz sammitdəki çıxışında Ukrayna-Rusiya müharibəsinə toxunaraq, Almaniyanın və digər ölkələrin Ukraynaya maliyyə və hərbi dəstəyini vurğulayıb.
"Lazım olduğu müddətcə Ukraynanı dəstəkləməyə davam edəcəyik" deyən Şolz, Almaniya və digər ölkələrin Ukrayna üçün uzunmüddətli yenidənqurma prosesini başlatmağa çalışdıqlarını, müharibənin bitməsi üçün Rusiyanın təcavüzünün uğursuzluunun vacib olduğunu bildirib.
Almaniyanın Ukraynaya Patriot hava hücumundan müdafiə sistemi və Marder tipli zirehli maşınlar verməyi öhdəsinə götürdüyünü xatırladan Şolz deyib ki, bu Almaniyanın xarici və təhlükəsizlik siyasətində dönüş nöqtəsidir.
Nərgiz,
Sitat.info