Türkiyə prezidenti və AK Partiya sədri Rəcəb Tayyib Ərdoğan, "Mərhum Menderes 1950-ci il mayın 14-də "millətin sözü bəsdir" deyərək sandıqçadan sarsıdıcı bir qələbə ilə çıxdı. Yenə 14 mayda millət "Bəsdir" deyəcək". ifadələirini işlədib.
Sitat.info xəbər verir ki, Türkiyə prezidenti və AK Parti sədri Rəcəb Tayyib Ərdoğan partiyasının TBMM Qrup Toplantısında çıxış edib.
Ərdoğan çıxışında deyib;
"Bilirsiniz, 2-ci həftəsini geridə qoyduğumuz 2023-cü il bizim üçün yeni il deyil. Biz uzun illər 2023-cü il diapazonuna uyğun olaraq öz arzu və hədəflərini müəyyən etmiş və buna uyğun irəliləmiş bir partiyayıq. Cümhuriyyətimizin 100 illik yubileyində ölkəmizlə, millətimizlə bağlı çatmaq istədiyimiz hədəflərə böyük ölçüdə nail olduq. Ölkəmizin son 10 ildə məruz qaldığı ağır hücumlar və qlobal böhranlar bəzi sahələrdə ləngimələrə səbəb olsa da, bunlar bizim qazanclarımızın miqyasına xələl gətirəcək məsələlər deyil. 2023-cü il həm bizim üçün 20 illik fəaliyyətimizin simvolu, həm də yeni vizyonumuz olan Türkiyə Yüzilinin başlanğıcıdır".
Səid İsaoğlu,
Sitat.info