Kriptovalyuta birjası FTX, təxminən 415 milyon dollar dəyərində kriptovalyutaların hakerlər tərəfindən oğurlandığını açıqladı.
Sitat.info xarici mediaya istinadən xəbər verir ki, FTX, şirkətin iflasa uğradığını elan etdikdən sonra beynəlxalq kriptovalyuta birjasından təxminən 323 milyon dollar və ABŞ platformasından 90 milyon dollar hakerlər tərəfindən oğurlanıb.
Şirkətin likvid aktivlərinin 5 milyard dollardan çoxunun bərpa edildiyini xatırladan FTX, həm beynəlxalq, həm də ABŞ kriptovalyuta birjalarında kəsirin davam etdiyini bildirib və kəsirin bir hissəsini hakerlər tərəfindən oğurlanan məbləğlə əlaqələndirib.
2022-ci ilin noyabr ayının əvvəlində likvidlik problemi yaşamağa başlayan FTX, 11 noyabr 2022-ci ildə ABŞ-da iflas prosesinə başladı və şirkətin top meneceri (CEO) Sam Bankman-Fried də istefa verdiyini açıqladı.
2022-ci il dekabrında saxlanılan Bankman-Frid yanvarın 3-də keçirilən məhkəmə iclasında ona qarşı irəli sürülən “fırıldaqçılıq” ittihamlarını rədd edib. Qeyd edək ki, müştəri vəsaitlərində təxminən 8 milyard dollar itirilib.
Seymur,
Sitat.info