Ermənistanda hərbi kazarmada baş verən yanğında 15 əsgər həlak olub. Yanğından sonra 2-ci korpusun komandiri Vahram Qriqoryan vəzifəsindən azad edilib.
Sitat.info xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyi bu gün bildirib ki, yerli silahlı birləşmələrdən birinin kazarmasında baş verən yanğın nəticəsində 15 erməni əsgər həlak olub.
Açıqlamada daha 3 əsgərin vəziyyətinin ağır olduğu açıqlanıb.
Yanğının kazarmanın silah istehsal edilən hissəsindən başladığı bildirilib. Yanğının nədən baş verdiyi hələlik məlum deyil.
Yanğından sonra 2-ci korpusun komandiri Vahram Qriqoryan vəzifəsindən azad edilib. Müvafiq fərmanı Vaaqn Xaçaturyan imzalayıb.
Səid İsaoğlu,
Sitat.info