Ordumuz erməni hərbçini yaralayıb? – Rəsmi

15:17 19 Yanvar 2023

Yanvarın 19-u səhər saatlarında guya Azərbaycan Ordusunun bölmələri tərəfindən atəş açılması və nəticədə qarşı tərəfin hərbi qulluqçusunun yaralanması barədə Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumat yalandır.

Bu barədə Sitat.info-ya Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

"Yayılan məlumatı qəti surətdə təkzib edirik", - nazirlikdən bildirilib.



Xəbər xətti