Qazaxıstanla təbii qaz müqaviləsi: Rusiya monopolist olmaq istəyir

22:15 19 Yanvar 2023

Qazaxıstan təbii qazının Rusiya ərazisində emalı üzrə Rusiya və Qazaxıstan arasında qarşılıqlı fəaliyyətin əsas istiqamətlərini müəyyən edən yol xəritəsi haqqında saziş imzalanıb.
Sitat.info xəbər verir ki, Qazaxıstan Baş nazirinin müavini Roman Skliar və Rusiyanın “Qazprom” enerji şirkəti idarə heyətinin sədri Aleksey Miller Sankt-Peterburqda görüşüblər. İclasda Qazaxıstanın Moskvadakı səfiri Yermek Koşerbayev, Qazaxıstanın energetika naziri Bolat Akçulakov və Qazaxıstanın dövlət qaz şirkəti “KazakGaz”ın sədri Sancar Çarkesov iştirak edib.

Qazaxıstan Baş Nazirliyinin bəyanatında bildirilib ki, görüş zamanı iki ölkə arasında təbii qaz sahəsində ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib və iki ölkə arasında qarşılıqlı fəaliyyətin əsas istiqamətlərini müəyyən edən yol xəritəsi, o cümlədən Qazaxıstan təbii qazının Rusiyanın Orenburq şəhərindəki təbii qaz emalı zavodunda emalı və Rusiya təbii qazının Qazaxıstana tədarükü ilə bağlı müqavilənin imzalandığı bildirilir.
Mərkəzi Asiyanın mühüm təbii qaz istehsalçılarından biri olan Qazaxıstan ildə 50 milyard kubmetrdən çox xam təbii qaz və 29 milyard kubmetr əmtəəlik təbii qaz hasil edir. Bunun 18 milyard kubmetri ölkənin tələbatını ödəyir. 

Qazaxıstanda başda Çin olmaqla qonşu ölkələrə 5 milyard kubmetrdən çox təbii qaz ixrac edilir.

Nərgiz,

Sitat.info



Xəbər xətti