Nazir Vaqif Axundovun qardaşı oğlunu vəzifədən azad etdi

12:56 20 Yanvar 2023

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzinin rəisi, polkovnik Mehman Abdulrəhim oğlu Axundov təqaüdə göndərilib.

“Sitat.info” Qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov müvafiq əmr imzalayıb.

Qeyd edək ki, Mehman Axundov  Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin sabiq rəisi, general-polkovnik Vaqif Axundovun qardaşı oğludur. 

 



Xəbər xətti