Rusiya Qırmızı Xaç Cəmiyyətinə əsir götürülmüş Ukrayna əsgərləri ilə görüşə icazə verəcək.
Sitat.info xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) münaqişədə əsir düşən Ukrayna əsgərlərinə çıxış imkanı verəcəklərini bildirib.
Cəmiyyətin prezidenti Mirjana Spoljaric Egger ilə görüşündə Lavrov Ukraynanın beynəlxalq humanitar hüququn pozulmasına yol verdiyini iddia edib. Bu pozuntuların 8 ildən artıqdır sənədləşdirildiyini qeyd edən Lavrov, hətta sosial media şəbəkələrində belə rast gəlindiyini bildirib.
Rusiyanın BQXK-nın əsir ukraynalı əsgərlərə çıxışına icazə verəcəyini qeyd edən Lavrov əlavə edib ki, Rusiya əsir düşən əsgərlərlə görüşü təmin etmək üçün səyləri fəal şəkildə dəstəkləyir. Biz Ukrayna əsgərlərinin belə bir imkana çatmasını təmin etmək üçün əlimizdən gələni edəcəyik”.
Rusiya ilə Beynəlxalq Rusiya Qırmızı Xaç Cəmiyyəti arasında kommunikasiya kanallarının açıq və konstruktiv qalmasının çox vacib olduğunu vurğulayan Egger, “Sizi əmin edirəm ki, qərəzsizlik və müstəqillik prinsiplərinə əməl edəcəyəm və lazım gəldikdə məxfilik prinsiplərinə hörmətlə yanaşacağam" -deyə söz verib.
Səid İsaoğlu,
Sitat.info