Qazaxıstanın qurucu prezidenti Nursultan Nazarbayev xəstəxanaya yerləşdirilib
Sitat.info xarici mediaya istinadən xəbər verir ki, Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayev xəstəxanaya yerləşdirilib və ürəyindən əməliyyat olunub.
Nazarbayevin mətbuat katibi Aydos Ukibay Twitter hesabında Qazaxıstanın Nazarbayevin ürəyindən əməliyyat olunduğunu bildirib.
Əməliyyatın uğurla keçdiyini qeyd edən Ukibay “ Onun həyatı təhlükədə deyil. İndi nəzarət altındadır. Əməliyyatı Milli Elmi Ürək Cərrahiyyə Mərkəzində tanınmış ürək mütəxəssisi Yuri Pya həyata keçirib” -deyə məlumat paylaşıb.
Nərgiz,
Sitat.info