11 NATO ölkəsi Ukrayna üçün bir araya gəldi: Yeni hərbi yardımlar veriləcək

17:01 20 Yanvar 2023

Estoniyanın paytaxtı Tallin yaxınlığında bir araya gələn Estoniya, Polşa, Litva, Latviya, İngiltərə, Almaniya, Danimarka, Çexiya, Slovakiya, Hollandiya və İspaniyanın müdafiə rəsmiləri Ukraynaya yeni hərbi yardımların verilməsi ilə bağlı razılığa gəliblər.

Sitat.info xəbər verir ki, NATO ölkələri Ukraynaya Rusiyanın hücumlarından müdafiə olunmaqda kömək etməyə davam edir.

Görüşdən sonra digər ölkələrin müdafiə rəsmiləri ilə birgə mətbuat konfransında Estoniyanın müdafiə naziri Hanno Pevkur deyib: "Qərb bir yerdə qalmalı və Ukraynaya hərbi yardımla dəstək verməyə davam etməlidir. Ukraynanın ən çox ehtiyacı olan şey ağır silahlardır. Bizim önümüzdə  hələ də ağır müharibələrimiz var".

Görüşdən sonra dərc edilən birgə bəyanatda bəzi ölkələr yardım edəcəklərini açıqlayıbla.

İngiltərə 600 Brimston raketi, Danimarka  19 Fransa istehsalı SEZAR tipli haubitsa, Estoniya minaatan, sursat, dəstək maşınları və tank əleyhinə, Latviya "Stinger" hava hücumundan müdafiə sistemi, 2 helikopter və pilotsuz uçuş aparatı, Litva , zenit sistemləri və 2 helikopter, Polşa 70 min döyüş sursatı olan S-60 zenit sistemini, Çexiya yüksək kalibrli sursat, haubitsa və zirehli transportyor göndərəcək. Hollandiya Ukraynaya hərbi yardım paketini sabah açıqlayacaq.

Digər tərəfdən, ABŞ-ın da olduğu Ukrayna Müdafiə Qrupu sabah Almaniyanın Ramstein Hava Bazasında bir araya gələcək və Ukraynaya hərbi dəstək məsələsini müzakirə edəcək.

Nərgiz,

Sitat.info



Xəbər xətti