Yanvarın 13-15-də ABŞ-da Reuters/Ipsos-un keçirdiyi sorğunun nəticələrinə görə, amerikalıların 60 faizi ABŞ prezidenti Co Baydenin prezidentliyini dəstəkləmir.
Sitat.info xəbər verir ki, ölkədə inflyasiya səviyyəsinin aşağı düşməsinə və Nümayəndələr Palatasının sədrinin seçki prosesi zamanı respublikaçılar arasında ortaya çıxan parçalanmaya baxmayaraq, ofisində və evində “gizli sənədləri” olan Baydenə ictimai dəstək yüzdə 40 civarında olub.
Prezidentliyə gəldiyi gündən bəri Kovid-19 epidemiyası və yüksək inflyasiya rəqəmləri ilə mübarizə aparan Baydenə ictimai dəstək 2022-ci ilin may və iyun aylarında 36 faizə qədər azalıb.
Prezident Bayden 2024-cü ildə keçiriləcək prezident seçkilərində "namizəd olmaq niyyətində olduğunu" açıqlayıb, lakin hələlik bu məsələ ilə bağlı rəsmi açıqlama verməyib.
Amerika mətbuatının yazdığına görə, 80 yaşlı Bayden fevralın 7-də gözlənilən çıxışından sonra namizədliyini rəsmən elan edəcək.
Səid İsaoğlu,
Sitat.info