Reallıqda yaşanan film hekayəsi: 24 gün dənizdə çarəsiz qalan şəxs qurtuldu...

17:44 20 Yanvar 2023

 Dominikan Respublikasından olan 54 yaşlı Elvis Fransua,  Sent-Marten adasındakı limanda gəmi təmir edərkən qəfildən qurudan uzaqlaşıb. Küləkli və dalğalı hava səbəbindən Elvis qəfil yoxa çıxıb.

Xəbərdarlıqdan sonra vəziyyəti öyrənən xilasetmə qrupları işə başlayıb. Elvis 3 həftə ərzində polis dalğıclarının da olduğu xilasetmə işləri nəticəsində bölgədə tapılıb.

Sitat.info xəbər verir ki, Kolumbiya Hərbi Dəniz Qüvvələri tərəfindən tapılan Elvisin 3 həftə ərzində necə möcüzəvi şəkildə sağ qaldığı da ortaya çıxıb.

Okeanda keçirdiyi üç həftəlik dəhşətli prosesi danışan Elvis, sarımsaq tozu və bulyon yeyərək sağ qaldığını açıqladı.  Elvis su ehtiyacını yağış suyu ilə qarşılayıb, parçanı isladaraq suyunu içib.

Bədbəxt anlarını təsvir edən Elvis sağ qalmasını ketçap yeməklə əlaqələndirib. Elvis sözügedən möcüzəli hadisə ilə bağlı bunları deyib: "Mən yemək yeməmişəm. Qayıqda ancaq ketçup, sarımsaq tozu və bulyon var idi. Mən onları qarışdırdım və bir az su əlavə edib yedim".

Səid İsaoğlu,

Sitat.info



Xəbər xətti