Almaniyadan təkzib: Ukraynaya "Leopard" verilməsi qərarı yoxdur

21:20 20 Yanvar 2023

 Almaniyanın müdafiə naziri Boris Pistorius bu gün açıqlama verib ki, Almaniyanın Ramşteyn şəhərindəki Amerika bazasında Ukraynaya əlavə yardımın müzakirə edildiyi toplantıda iştirak edənlər Leopard 2 tankları ilə bağlı hələlik heç bir qərar qəbul etməyiblər.

Sitat.info xəbər verir ki, nazir bu sözləri deyib.

"Leopard 2 tankları ilə bağlı qərarın nə vaxt veriləcəyini və bunun nə olacağını hələ deyə bilmərik”.

Onun sözlərinə görə, tankların həm təhvil verilməsinin lehinə, həm də əleyhinə arqumentlər var və müttəfiqlərin fikirləri fərqlidir.

Nazir Qərb dövlətlərinin tez bir zamanda ortaq mövqeyə gəlməyə çalışdığı qənaətindədir. Pistorius əlavə edib ki, səhər o,  Leopard tanklarının mövcudluğunu və vəziyyətini yoxlamağı əmr edib. Koalisiya nə vaxtsa Kiyevə döyüş tankları göndərmək qərarına gəlsə, “tez hərəkət edə bilmək” üçün yoxlamalar lazımdır

Məğrur,

Sitat.info



Xəbər xətti