ABŞ-ın qərargah rəisi, general Mark Milley bu il Rusiyanın Ukraynadan hərbi yolla çıxarılmasının çox çətin olduğunu bildirib.
Sitat.info xəbər verir ki, Almaniyada ABŞ-ın Ramşteyn Hava Bazasında keçirilən toplantıda müdafiə naziri Lloyd Austin və general Milley jurnalistlərin suallarını cavablandırıb.
General Milley Ukrayna ilə Rusiya arasında müharibənin çox çətin olduğunu, çox uzun cəbhədə və geniş ərazidə aparıldığını, Ukrayna ərazisində hələ də çoxlu rus qüvvələrinin olduğunu bildirib.
"Hərbi nöqteyi-nəzərdən, Rusiya qüvvələrini bu il Rusiyanın işğal etdiyi ərazidən hərbi yolla çıxarmaq çox çətindir. Bunun çətin olması qeyri-mümkün demək deyil. Düşünürəm ki, nə baş verə bilər. Bu cəbhənin sabit müdafiəsindən, müvafiq təlimlərin verilməsindən asılıdır”.
Ukrayna ordusunun hücuma keçərək bəzi bölgələri Rusiyadan almasının mümkün olduğunu bildirən Milley, Rusiyanın bu müharibədə böyük itkilər verdiyini bildirib.
Hər iki tərəfin itkiləri ilə bağlı sualı cavablandıran Milley qeyd edib:
"Müharibələrdəki itkilərin sayı həmişə sual altındadır. Keçən dəfə Rusiyanın itkilərinin 100 mindən çox olduğunu bildirmişdim. Deyə bilərəm ki, indi ondan qat-qat çoxdur. Rusiya çox ciddi itkilər verir. Bura Vaqner kimi muzdlu qruplar da daxildir. Rusiyanın 250 min insanı orduya cəlb etməklə öz hərbi qüvvəsini gücləndirəcəyini ifadə edən Milley Ukraynanın da mülki vətəndaşlar da daxil olmaqla çox ciddi itkilər verdiyini bildirib.
Səid İsaoğlu,
Sitat.info