“Bakı Metropoliteni” QSC-nin maşinisti qəfil vəfat edib.
“Qafqazinfo” xəbər verir ki, yanvarın 22-si saat 03 QSC-də motovoz maşinisti işləyən 1958-ci il təvəllüdlü Kərimli Aydın Yusif oğlu “Avtovağzal metrostansiyası”nın 98-ci piketində 12327 nömrəli təsərrüfat qatarını idarə edən zaman qəfildən halı pisləşib. O, sükan arxasında vəfat edib.
Hadisə nəticəsində qatarın hərəkətində hər hansı problem yaranmayıb.
Faktla bağlı araşdırma aparılır.