Türkiyənin hərbi dəniz qüvvələrinin ən böyük gəmisi “LHD Anadolu” çoxməqsədli amfibiya gəmisində martın 4-də Türkiyə bayrağının ucaldılması ilə bağlı rəsmi mərasim keçirilib.
SİTAT.İNFO Azərtac-a istinadən xəbər verir ki, tikintisinə 2016-cı il aprelin 17-də başlanılan gəminin uzunluğu 232 metrdir. Türkiyənin hərbi dəniz qüvvələrinin ən böyük gəmisi olacaq “LHD Anadolu” 27 min ton yükgötürmə qabiliyyətinə malikdir.
Bu ilin dekabrında istifadəyə verilməsi planlaşdırılan gəminin martın 7-də ilk səfərini reallaşdırması və liman qəbulu testləri keçirməsi nəzərdə tutulur.