İranda 3 qadın jurnalist saxlanılıb

12:52 23 Yanvar 2023

İranda qadın jurnalistlər Melika Haşimi, Səidə Şafii və Mehrnuş Zəriinin saxlanıldığı bildirilir.
Sitat.info yerli mediaya istinadən xəbər verir ki, Jurnalistlər Birliyi paytaxt Tehranda 3 qadın jurnalistin saxlanıldığını açıqlayıb.

Bildirilib ki, Melika Haşimi, Səidə Şafii və Mehrnuş Zərii Tehranın Evin həbsxanasında saxlanılır.

Şafiinin rejim əleyhinə təbliğat aparmaqda və milli təhlükəsizliyi təhdid etməkdə günahlandırıldığı qeyd edilsə də, digər 2 jurnalistə qarşı irəli sürülən ittihamlarla bağlı məlumat verilməyib.

Xatırladaq ki, ötən ilin sentyabrında başlayan Məhsa Əmini nümayişlərindən sonra ölkədə 79 jurnalist saxlanılıb.

 Məğrur,

Sitat.info

 



Xəbər xətti