2022-ci ildə Azərbaycanın icmal büdcəsinin gəlirləri 42 289,5 milyon manat, xərcləri isə 35 061 milyon manat təşkil edib.
Maliyyə Nazirliyindən Sitat.info-ya verilən məlumata görə, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 15% və 16,9% çoxdur.
Son nəticədə icmal büdcədə 7 228,5 milyon manat qalıq yaranıb. Bu isə 1 il əvvələ nisbətən 6,5 dəfə çoxdur.