“Rusiya ilə Ukrayna arasında danışıqlar üçün heç bir şərait yoxdur” - Peskov

14:11 23 Yanvar 2023

"Hazırda Rusiya ilə Ukrayna arasında nə de-fakto, nə de-yure danışıqlar üçün heç bir şərait yoxdur".

Sitat.info xəbər verir ki,  bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov deyib.

Jurnalistlərin sualını cavablandıran Peskov bildirib ki, Rusiya Prezidenti Vladimir Putinin imzaladığı "Qismən səfərbərlik haqqında" fərman təkcə lazımi sayda vətəndaşların çağırışını nəzərdə tutmadığından hələ də qüvvədədir.

"Qismən səfərbərlik çərçivəsində çağırış müəyyən edilmiş saya çatana qədər həyata keçirilib, lazımi say əldə olunub və bununla əlaqədar olaraq vətəndaşların çağırışı dayandırılıb", - o vurğulayıb.

Kremlin sözçüsü əlavə edib ki, qismən səfərbərlik, vətəndaşların hərbi xidmətə çağırılması ilə yanaşı, Silahlı Qüvvələrin qarşısında duran tapşırıqların yerinə yetirilməsini təmin etmək üçün zəruri olan digər tədbirləri də nəzərdə tutur: "Bu baxımdan fərman hələ də qüvvədədir".

Səid,

Sitat.info



Xəbər xətti