Azərbaycanda çap mətbuatının banisi olan Əkinçi qəzetinin redaksiyası acınacaqlı vəziyyətdədir.
Sitat.info xəbər verir ki, bu barədə media eksperti Emin Hüseynzadə məlumat paylaşıb.
O fotoların üzərinə bu sözləri qeyd edib:
"Azərbaycanın ən qədim qəzeti -"Əkinçi"nin Zərdabdakı redaksiyası. Bir qapı ümumi binaya girir. İçəridə 1970-ci ildən təmir getməyib, uçuq-sökükdür. Redaksiyaya gedən ayrıca qapı isə bağlıdır, bir çöp keçiriblər qıfıl yerinə. Qapının arxası da bağlıdır. Medianın qapısı bağlıdır bir sözlə..."
Səid İsaoğlu,
Sitat.info