Avropa İttifaqı (Aİ) ölkələri Ermənistanın sərhədyanı rayonlarında sabitliyi təmin etmək üçün mülki missiyanın yaradılması barədə razılığa gəliblər.
Sitat.info xəbər verir ki, bu qərar Aİ Xarici İşlər Nazirləri Toplantısında verilib. Belə ki, Aİ Şurasının bəyanatında bildirib ki, Aİ-nin Təhlükəsizlik və Müdafiə Siyasəti çərçivəsində Ermənistanda Aİ Missiyasının yaradılması ilə bağlı razılığın əldə edilib.
“Misiyanın məqsədi Ermənistanın sərhədyanı rayonlarında sabitliyə töhfə vermək, etimad mühiti formalaşdırmaq və Ermənistan və Azərbaycan arasında normallaşma prosesinə tövhə verəcək ortam yaratmaqdır”.
Bəyanatda Aİ-nin bölgədə davamlı sülhün təmin edilməsi məqsədilə iki ölkə ilə işləmək istəyi ifadə olunub. Aİ-nin Ermənistandakı missiyası Ermənistanın tələbi ilə regionda müntəzəm patrul xidməti həyata keçirəcək. İlkin olaraq 2 illik mandat olan missiyanın qərargahı Ermənistanda olacaq.
Nərgiz,
Sitat.info