Azərbaycanda “Omicron”un altnövünə yoluxan var?

17:45 23 Yanvar 2023

Azərbaycanda “Omicron” ştamının yeni altnövü olan “Kraken”ə yoluxan yoxdur. 

Bu barədə “Sitat.info”nun sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən məlumat verilib. 

Bildirilib ki, hazırda ölkədə COVID-19 virusunun aşkarlanması, virusunun növünün müəyyən edilməsi, həmçinin “Omicron” variantının altnövünün aşkar edilməsi üçün test dəstləri və laboratoriya imkanları mövcuddur: ““Omicron”un yeni ştamı hələ ki, qeydə alınmayıb. Epidemioloji vəziyyət nəzarət altındadır”.

Xatırladaq ki, bir neçə gün əvvəl İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Azərbaycana “COVID-19” virusunun bütün ştamlarını aşkar edə bilən 450 sayda test gətirildiyini açıqlamışdı. 



Xəbər xətti