"Qərblə Rusiya arasında artıq hibrid deyil, real müharibə gedir"- Lavrov

17:51 23 Yanvar 2023

 Ukraynada baş verənlər artıq hibrid deyil, Qərblə Rusiya arasında əsl müharibədir.

Sitat.info xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov  bu barədə danışıb. 

“Ukraynada baş verənlərdən danışarkən görürük ki, bunun artıq hibrid müharibə deyil, Qərbin uzun müddət Rusiyaya qarşı hazırladığı, Rusiyanı məhv etməyə çalışdığı real müharibədən danışırıq.  Ukraynada hər şey qaydasındadır. Sülhün bərqərar olması şüarı ilə seçilən həm keçmiş prezidenti Petro Poroşenko getdi və   Zelenski seçildikdən dərhal sonra münasibətlər müharibəyə çevrildi". 

Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri xatırladıb ki, Ukrayna rus dilində təhsili, o cümlədən Ukraynada rus dilində KİV-i qadağan edən qanunlar, hətta faktiki olaraq gündəlik həyatda rus dilindən istifadəni qadağan edən qanunlar qəbul edib. "Rus dili ilə bağlı hər hansı mədəni təmaslar qadağandır. Bütün bunlar Qərb tərəfindən dəstəklənir" - Lavrov deyib. 

Səid İsaoğlu,

Sitat.info



Xəbər xətti