Avropada kimsəsiz qalan miqrant uşaqlar yoxa çıxır - DƏHŞƏTLİ İDDİA

18:42 23 Yanvar 2023

Avropada kimsəsiz  və nəzarətsiz qalan miqrant uşaqlar yoxa çıxır.

Sitat.info xəbər verir ki, Britaniyanın “Observer” qəzetindəki son xəbərlər uşaqların insan alverçilərinin əlinə keçməsi iddialarını gücləndirir.
“İngiltərədə müşayiət olunmayan onlarla miqrant uşaq yoxa çıxıb” - dəhşətli  iddia "Observer" qəzetində yer alıb. 18 ayda 136 uşaq itkin düşüb. Brightondakı Home Office otelinə yerləşdirilən kimsəsiz uşaqların bəziləri yoxa çıxdı.

Son 18 ayda 136 uşaq itkin düşüb. Bu uşaqlardan 79-dan hələ də xəbər yoxdur. "Observer" uşaqların insan alverçiləri tərəfindən qaçırıldığını bildirib. O, ölkənin cənub sahillərində adam oğurluğunun intensiv olduğunu bildirib.

Qəzet öz iddialarını Daxili İşlər Nazirliyində çalışan şirkətlərin əməkdaşlarına və uşaqların müdafiəsi ilə məşğul olan qurumlara ünvanlayıb. Lakin nazirlik rəsmi açıqlamada gənclərin öz istəkləri ilə getdiklərini iddia edib.

Britaniya müxalifəti isə vəziyyəti “dəhşətli və qalmaqallı” adlandırıb və hökumətdən izahat tələb edib. Əvvəlki illərdə Almaniya və Belçika kimi digər Avropa ölkələrində də nəzarətsiz qalan miqrant uşaqların yoxa çıxması, insan alverçilərinin və orqan alverçilərinin əlinə düşmək qorxusu ilə bağlı xəbərlər dərc olunub.

Məğrur,

Sitat.info



Xəbər xətti