“Ukraynada müharibənin 8-cü gününə qədər Rusiya işğalçıları 28 uşağın ölümünə, 64-nün isə yaralanmasına səbəb olub”.
SİTAT.İNFO Musavat.com-a istinadən Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə prezident Vladimir Zelenskinin ofisinin müşaviri, Ukrayna dövlətinin uşaq hüquqları və reabilitasiyası üzrə müvəkkili Darya Gerasimçuk məlumat yayıb.
“Doğum evləri, uşaq bağçaları,məktəblər məhv edilib. Təxminən 1,5 milyon uşaq atəş və mühasirə altında qalan ərazilərdə yaşayır. Onların arasında təcili yardıma ehtiyac duyan kimsəsiz və əlil uşaqlar var”,-deyə D.Gerasimçuk söyləyib.
Rəsmi Kiyev hazırda humanitar dəhlizlərin açılması üçün Qırmızı Xaç Beynəlxalq Komitəsindən yardım istəyib.