İrqçi siyasətçi Rasmus Paludanın Qurani-Kərimə hücumundan sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsveç rəhbərliyinə reaksiya göstərib. O İsveçə üzünü tutaraq deyib ki, “Siz NATO ilə bağlı bizdən heç bir dəstək ala bilməyəcəksiniz".
Sitat.info xəbər verir ki, dünya mətbuatı Ərdoğanın bu açıqlamalarını manşetlərə verib.
“Aydındır ki, ölkəmizin səfirliyi qarşısında belə biabırçılıq törədənlər bundan sonra NATO-ya üzvlük müraciətləri ilə bağlı bizdən heç bir xeyirxahlıq gözləməyəcəklər".
Prezident Ərdoğanın İsveçlə bağlı dediyi sözlər dünya mətbuatında iz buraxıb.
İsveçin “Aftonbladet” qəzeti Ərdoğanın sözlərini manşetlərə daşıyıb. Xəbərdə Stokholm Universiteti Türk Araşdırmaları İnstitutunun direktoru Dr. Paul Levinin “Qurana hücum bardağı daşıran son damladır” ifadəsi yer alıb.
Qərb mediası İsveçin NATO-ya müraciətində dəstək görməyəcəyini yazıb.
Paludanın şousuna icazə verilməsinin nəticəsi odur ki, Finlandiya İsveçdən asılı olmayaraq NATO-ya üzv ola bilər.
“Reuters” xəbər agentliyi də Ərdoğanın açıqlamalarına diqqət çəkib. Son hadisələrin Türkiyə ilə İsveç arasında gərginliyi artırdığı bildirilib.
Amerikanın “Washington Post” qəzeti də prezident Ərdoğanın reaksiyasını “Paludanın nümayişinə icazə vermənin nəticələri” kimi qiymətləndirib.
Nərgiz,
Sitat.info