İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kenani Avropa Birliyi (AB) və İngiltərənin İrana qarşı tətbiq etdiyi sanksiyalara cavab verəcəklərini deyib.
“Onlar yaxşı bilirlər ki, sanksiyalar, İran xalqının xarici ölkələrin müdaxiləsi və sui-qəsdlərlə mübarizə əzminə təsir etməyəcək" -deyə Kenani bildirib.
Sitat.info xəbər verir ki, Nasir Kenani Avropa İttifaqı (Aİ) və Britaniyanın İranlı şəxslər və qurumlara qarşı tətbiq etdiyi sanksiyalardan danışıb.
Kənani deyib ki, Aİ və Britaniya rejiminin bu hərəkəti onların İran İslam Respublikasının nüfuzu ilə bağlı çaşqınlıqlarının, həmçinin İran həqiqətlərini düzgün dərk etməkdə zehni acizliklərinin göstəricisidir.
Kenani sanksiyaların bu dövlətlərin İrandakı son uğursuzluqlarına görə yaşadıqları çarəsizlik, məyusluq və qəzəbin əlaməti olduğunu deyib: "Avropa İttifaqı və Britaniyanın İslam Şurasının bəzi üzvlərinə, eləcə də İranın məhkəmə, hərbi, hüquq-mühafizə orqanlarına qarşı sanksiya tədbirləri onların son uğursuzluqlarına görə yaşadıqları çarəsizlik, məyusluq və qəzəbinin əlamətidir.
Onlar təbii ki, sanksiyaların İran xalqının xarici müdaxilə və sui-qəsdlə mübarizə əzminə təsir etməyəcəyini çox yaxşı bilirlər. İslam Respublikası İran bu cür uğursuz cəhdlərə cavab vermək hüququnu özündə saxlayır. Tezliklə Aİ və Böyük Britaniyada insan haqlarını pozanlara və terrorizm tərəfdarlarına qarşı yeni sanksiyaların siyahısını açıqlayacaq.
Xatırladaq ki, Aİ dünən 18 iranlı şəxs və 19 təşkilatı sanksiya siyahısına daxil etdiyini, İngiltərə Xarici İşlər Nazirliyi isə bir çox iranlı şəxs və təşkilatın sanksiya siyahısına əlavə edildiyini açıqlamışdı.
Məğrur,
Sitat.info