ABŞ-dan Türkiyə, İsveç və Finlandiya ilə bağlı açıqlama gəldi

16:14 25 Yanvar 2023

Türkiyə İsveç və Finlandiya ilə üçtərəfli görüş mexanizmini təxirə salmaq qərarına gəlib. Qərardan sonra ABŞ-dan açıqlama verilib.

Sitat.info xəbər verir ki, ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays danışıqların  təxirə salındığına diqqət çəkib. “Biz İsveç və Finlandiyanı NATO-da görmək istəyirik".

Amerika sözçüsünə Finlandiyanın İsveç olmadan NATO-ya daxil olmasının mümkünlüyü barədə də sual verilib. Prays hipotetik suallara cavab verməyəcəyini vurğulayıb. “Bu, gündəmdə olan məsələ deyil".

O, həmçinin deyib ki,  həmişə Finlandiya və İsveçin NATO-ya birlikdə qoşulması ilə bağlı müzakirə olub və bunu da görmək istəyirlər.
İsveç və Finlandiyanın NATO-ya daxil olması üçün onlara 30 müttəfiqin parlamentlərinin təsdiqi lazımdır. Türkiyə və Macarıstan istisna olmaqla, bütün NATO müttəfiqlərinin parlamentləri iki Skandinaviya ölkəsinin üzvlüyünə yaşıl işıq yandırıb. 

Nərgiz,

Sitat.info



Xəbər xətti