Azərbaycanda heyvanlar çipləşdiriləcək

21:05 4 Mart 2022

"Vəhşi təbiətə dronla nəzarət sahəsində işlər davam etdirilir".

Musavat.com APA-ya istinadən bildirir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev deyib.

O bildirib ki, 2021-ci ilin yay ayı ərzində baş verən yanğınların izlənilməsi üçün dron çəkilişlər çox faydalı olub: "Bunun üçün də kənardan vəsait hesabına layihələr həyata keçirilir. Heyvanların izlənilməsi üçün çiplər alınır".

Ümumdünya Vəhşi Təbiət Fondunun Azərbaycan nümayəndəliyinin rəhbəri Elşad Əsgərov isə qeyd edib ki, Hirkan Milli Parkında bəbir kameralar vasitəsilə müşahidə edilib: "Bu, Azərbaycanda ilk dəfə idi. Heyvanlar aləminin növ tərkibini kameralar vasitəsilə öyrənə bilirik. GPS-lər vasitəsilə heyvanları daha yaxşı izləyə bilirik".



Xəbər xətti