Polkovnik-leytenantın oğlu İstanbulda vəfat etdi - Foto

10:05 26 Yanvar 2023

Vətən müharibəsi iştirakçısı, Xüsusi Təyinatlı Qüvvələrin polkovnik-leytenantı Bayram Qurbanovun oğlu Vahid Qurbanlı dünyasını dəyişib.

“Sitat.info” xəbər verir ki, bu barədə hərbi ekspert Ədalət Vəliyev məlumat verib.

O bildirib ki, onkoloji xəstəlikdən əziyyət çəkən azyaşlı il yarımdır müalicə olunsa da, İstanbulda yerləşən xəstəxanada vəfat edib: “Vahidin müalicəsi üçün Bayram, yaxınları, komandanlıq, vətəndaşlar, o cümlədən ölkə hüdudlarından kənarda yaşayanlar və çox sayda tanımadığımız dostlar əllərindən gələn köməyi etdilər”./Qafqazinfo

 





Xəbər xətti