"Milli Məclisin İntizam Komissiyasına Erkin Qədirli ilə bağlı müraciət daxil olarsa, baxıb qərar qəbul edəcəyik".
Sitat.info xəbər verir ki, bunu Milli Məclisin İntizam Komissiyasının sədr müavini, deputat Fəzail Ağamalı deyib.
O, Erkin Qədirlinin yanvarın 25-də verdiyi qalmaqallı açıqlamasının kifayət qədər hiddət doğurduğunu bildirib.
Deputat qeyd edib ki, həmkarı bəhs olunan açıqlamalarla arqumentə, reallığa söykənmədən xalqın etimadını qazanan bütün deputatların seçimini, Azərbaycanda gedən demokratik prosesləri şübhə altında qoyub:
"Bu, əslində illərdən bəri Azərbaycana qarşı fəaliyyət göstərən, şər, böhtan, iftira yağdıran anti-Azərbaycan qüvvələrinin içərisində yer almaq deməkdir".