Kəşfiyyat məlumatlarını Rusiyaya ötürməkdə ittiham olunan Alman vətəndaşı saxlanılıb

14:19 26 Yanvar 2023

Almaniyanın Münhen şəhərində Rusiyaya kəşfiyyat məlumatları sızdırdığı iddiası ilə Almaniya vətəndaşı saxlanılıb.

Sitat.info xəbər verir ki, Baş Prokurorluq bildirib ki, Almaniya vətəndaşı Münhen hava limanında Rusiyaya kəşfiyyat məlumatı ötürdüyü iddiası ilə vətənə xəyanətdə şübhəli bilinərək saxlanılıb.

Prokuror verdiyi açıqlamada Artur E. kimi tanınan şəxsin bazar günü ABŞ-dan Almaniyaya gəldiyi zaman həbs edildiyini açıqlayıb.

Onun Almaniya Xarici Kəşfiyyat Xidmətinin (BND) Rusiyaya casusluqda şübhəli bilinərək dekabr ayında həbs edilən əməkdaşı Karsten L.-nin ortağı olduğu bildirilir.

Prokurorun ifadəsinə görə, Almaniya kəşfiyyatının əməkdaşı olmayan Artur E.-nin Karsten L.-dən aldığı məlumatları Rusiya kəşfiyyat xidmətinə ötürdüyü güman edilir.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti