Dünyanın ən yaşlı insanı 115 yaşlı Maria Branyas Moreradır

14:29 26 Yanvar 2023

1907-ci ildə anadan olan Maraa Branyas Morera 118 yaşlı Lucille Randonun ölümündən sonra dünyanın ən yaşlı insanı kimi Ginnesin Rekordlar Kitabına düşüb.

Sitat.info xəbər verir ki, Maraa Branyas Morera iki dünya müharibəsindən keçdi. İspaniya vətəndaş müharibəsini gördü. 1918-ci il qripindən və 2020-ci il koronavirus epidemiyasından sağ çıxdı.

Kaliforniya əsilli İspan qadın indi dünyanın ən yaşlı insanıdır.

115 yaşlı Morera, 118 yaşlı Lucille Randonun ölümündən sonra yaşayan ən yaşlı insan olaraq keçən həftə Ginnesin Rekordlar Kitabının saytı tərəfindən təsdiqlədi.

Randon yanvarın 17-də Fransanın Tulon şəhərindəki qocalar evində dünyasını dəyişib.

Ginnesin saytına görə, Morera uzun ömrün sirrinin "nizam, sülh, ailə və dostlarla yaxşı əlaqə, təbiətlə təmas, emosional sabitlik, narahatlıq və peşmanlıqdan qaçınmaq, həddindən artıq pozitivlik və zəhərli insanlardan uzaq olmaqdır" deyir.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti